Türkmənistanın qərb bölgələrində hakimiyyət orqanları toy mərasimlərində eks-prezident Qurbanqulu Berdiməhəmmədovun mahnılarını səsləndirməyə məcbur edir.

"Unikal" xəbər verir ki, bu barədə Azadlıq radiosunun Türkmənistan xidməti məlumat yayıb. 

Bildirilib ki, həmçinin pleylistlərə əcnəbi musiqilərin daxil edilməsi qadağan olunub. 

Bununla bağlı rəsmi göstəriş olmasa da, məlumata görə, yeni qaydalarla bağlı şadlıq evləri, restoran və şadlıq evlərinin sahibləri və əməkdaşları da məlumatlandırılıb.

Bu qaydalar ər-arvadın etnik türkmən olmadığı toylara da şamil edilir.