Tailandda bir nəfər pul qazanmaq üçün yanında gəzdirdiyi fil tərəfindən əzilərək ölüb.

"Unikal" xəbər verir ki, dəhşətli anlar kameralara düşüb.Ötən çərşənbə axşamı Cənubi Asiya ölkəsi Tailandın Nakhon Savan əyalətində bir qadın pul qazanmaq üçün küçələrdə gəzdiyi fil tərəfindən əzilərək öldürülüb. Hadisəni fili sevən ailə lentə alıb. Kadrlarda görünüb ki, fil zəng çalmaqdan qorxaraq qəfil sahibinə tərəf qaçıb.

Hücumdan sonra sinəsindən aldığı zərbələr nəticəsində ağır yaralanan 35 yaşlı Janthira Çuenlam adlı qadını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.