Türkiyə Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusu (SMO) qüvvələrinə qarşı əməliyyata hazırlaşan PKK/ YPG terrorçusu Ahmet Əl Hac Ömər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb. 

Bildirilir ki,  terrorçu MİT-in keçirdiyi əməliyyatda ələ keçirilib.  Məlumata görə, terror təşkilatı tərəfindən bomba qurğularının istifadəsi və sui-qəsdlər mövzusunda təlim keçən terrorçu Ömərin 2022-2023-cü illər arasında Mənbic və ətrafına əldəqayırma partlayıcı (PİP) daşıdığı müəyyən edilib.

Gülayə Mecid