Rustavidə İstanbul bazarı adlanan ərazidə 4 nəfəri güllələyərk öldürən şəxs həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Rustavi şəhərinin İstanbul bazarı adlanan ərazisində atışma olması ilə bağlı Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə məlumat daxil olub. Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O.-M. bazarın ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində 4 nəfər, o cümlədən müttəhimin adıçəkilən bazarda işləyən əmilərindən biri həlak olub. Həmçinin təqsirləndirilən şəxsin əmisi oğlu yaralanıb", - deyə məlumatda qeyd olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlını hadisə yerində həbs edib.

***11:51

Gürcüstanın Rustavi şəhərindəki İstanbul bazarı adlanan ərazidə atışma olub. 

"Unikal" gürcü KİV-ə istinadən xəbər verir ki, naməlum şəxsin atəş açması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Silahlı şəxs gizlənə bilib, polis onu axtarır. 

Ağarza Elçinoğlu