Diplomatlar həmişə ölkənin ən mühüm dayaqlarından biri olub və Rusiya tarixi bunu sübut edir.
"Unikal" xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"1917-ci il inqilabından sonra Sovet Rusiyasının təcrid olunmasının aradan qaldırılmasında diplomatların oynadıqları rolu xatırlatmaq kifayətdir", - nazir bildirib.
Lavrov əlavə edib ki, Rusiyanı təcrid etmək və ləğv etmək üçün növbəti cəhdlər edən Qərb dövlətləri dünya tarixinin bu hissəsini yaxşı öyrənməlidirlər.
“Bu cəhdlərin nəticəsizliyi az-çox normal müşahidəçi və ya mütəxəssis üçün aydındır”, - diplomat vurğulayıb.