İspaniyada 48 yaşlı Silvia Lopez Qayyubas adlı qadın avtomobilində ölü tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polisin araşdırmasından sonra onun 13 və 15 yaşlı övladlığa götürdüyü rus oğlanlar tərəfindən öldürüldüyü məlum olub.

Qətldə şübhəli bilinən 15 yaşlı böyük uşaq həbs edilib, 13 yaşlı oğlan isə mühafizəyə götürülüb. Polis qətlin səbəbini araşdırır.