Qazaxıstan hakimiyyəti tibb müəssisələrində maska ​​rejimini bərpa edib, həmçinin insanların sıx olduğu yerlərdə buna riayət etməyi tövsiyə edib.

"Unikal" xəbər verir ki,  bu barədə Qazaxıstanın baş dövlət sanitar həkimi Aycan Esmaqambetova qərar imzalayıb. 

Qərarda vurğulanır ki, tibb müəssisələrində maskalardan təkcə işçilər deyil, ziyarətçilər də istifadə etməlidir. Tibb müəssisələrinin antiseptiklərlə təmin olunmasının vacibliyi də vurğulanır.