İspaniyanın müxtəlif bölgələrində fermerlərin etirazları başlayandan bəri ən azı 20 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti məlumat yayıb. 

Xatırladaq ki, fevralın 6-da krallıqda nümayişlər başlayıb. Nəşrin qeyd etdiyi kimi, fevralın 8-də etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar geniş vüsət alıb. Ölkənin müxtəlif yerlərində etirazlar hələ də davam edir. Çox vaxt traktorda olan fermerlər magistral yollarda nəqliyyatın qarşısını alır.