Polşalı fermerlər Ukrayna ilə sərhəddəki Doroqusk-Yaqodin və Hrebiene-Rava-Ruska keçid məntəqələri qarşısında etiraz aksiyalarına başlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) "Telegram" kanalında qeyd olunub. 

 Məlumata görə, hazırda keçid məntəqəsində yükdaşımaların hərəkəti əngəllənib.

Polşalı fermerlərin bu gün başlayan etirazları səbəbindən Medıka-Şegini, Hrebiene-Rava-Ruska və Doroqusk-Yaqodin keçid məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib.

Ağarza Elçinoğlu