İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinetin təcili iclasını çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, Qəzza zolağında əməliyyatın müzakirəsi və girovların azad edilməsi ilə bağlı mümkün sövdələşmə gündəmdədir.

Bundan əvvəl bildirilmişdi ki, İsrail hökuməti HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvarı anklavda saxladığı bütün girovları azad etmək şərti ilə aradan qaldırmaq əvəzinə, ölkədən çıxarmağı düşünür.