Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandasının Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə dönüş səfəri tamamlanıb. Ax-3 ekipajını daşıyan SpaceX-in Dragon kapsulu Florida sahillərində okeana enib.
"Unikal" xəbər verir ki, səfərin sonunda SpaceX-in kapsulu Florida sahillərində okeana enib. Kapsul gəmiyə götürüldükdən sonra astronavtlar bir-bir çıxarılıb. Gezeravcının dünyaya ayaq basan görüntülərini təqdim edirik...
Axiom Space, aralarında Gezeravcının da olduğu Ax-3 heyətinin Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) dünyaya dönmə prosesini canlı yayımlayıb.
17:53
Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı Yerə enib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.