“Ural Hava Yolları”nın Jukovski Beynəlxalq Hava Limanından (Moskva vilayəti) Bakıya uçan təyyarəsi Azərbaycanın icazəsi olmadığı üçün havaya qalxmayıb.

"Unikal" Rusiya mediasına istindən xəbər verir ki, aviaşirkətin məlumatına görə, təyyarə fevralın 8-də yerli vaxtla saat 08:30-da yola düşməli imiş. 

Qərarın səbəbi açıqlanmayıb.

Hazırda hər iki ölkənin müvafiq qurumlarının təmasda olduğu qeyd edilib.