ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törnerin başçılıq etdiyi ikipartiyalı nümayəndə heyəti Kiyevə gedib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink X sosial şəbəkəsində yazıb.
“Mən Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törnerin başçılıq etdiyi ABŞ Konqresinin ikitərəfli nümayəndə heyətini Kiyevdə salamlamaqdan məmnunam”, -o, yazıb.
Bundan əvvəl Bloomberg yazıb ki, Kiyev ABŞ Ukraynaya yardımı dayandıracağı təqdirdə Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə dəstəyini saxlamağa imkan verəcək maliyyə planı hazırlayır .