Almaniya kansleri Olaf Şolts ABŞ-a səfəri zamanı “əkiz”i ilə görüşüb.

"Unikal" xəbər verir ki, cümə axşamı Almaniya hökumətinin başçısı Vaşinqtonda danışıqların keçirildiyi yerin dəhlizində Almaniya kanslerinə çox oxşayan demokrat senator Kris Kunsla görüşüb.

İki siyasətçi birlikdə selfi də çəkdiriblər.

Şolts şəkli X-də yerləşdirib. "Əkizim Kris Kunsu yenidən görmək çox xoşdur", - deyə o, fotoya şərh yazıb.

Senator Kuns isə selfisini profilində və “Kim kimdir?” başlığı ilə yerləşdirib.