Rusiyanın HeadHunter rekrutinq şirkətinin prezidenti Mixail Jukov 56 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

İş adamının ölüm səbəbi, eləcə də onunla vidalaşma vaxtı və yeri barədə hələlik məlumat yoxdur.

“HeadHunter şirkəti 2008-2022-ci illərdə baş direktor və 2023-cü ilin martından şirkətin prezidenti olan Mixail Jukovun vəfatını dərin hüznlə elan edir. HeadHunter və əməkdaşlarımız üçün Mixailin gedişi vaxtsız itkidir. Bütün ailə üzvlərinə və dostlara başsağlığı veririk”, - deyə məlumatda bildirilir. 

Nuranə Abbasova