İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS-ın qalan dörd batalyonunu məhv etməyə hazırlaşmağı əmr edib.
"Unikal" xəbər verir ki, eyni zamanda, o bildirib ki, bu ərazidən dinc əhalinin təxliyəsi üçün plan hazırlamaq lazımdır.
Rəfahda HƏMAS-ın dörd batalyonunu buraxmaqla HƏMAS-ı məhv etmək kimi müharibə məqsədinə nail olmaq mümkün deyil. Digər tərəfdən, Rəfəhdə genişmiqyaslı əməliyyatın mülki əhalinin döyüş bölgələrindən təxliyə edilməsini tələb etdiyi açıq-aydındır ”, - Netanyahu bildirib.