Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.

"Unikal" xəbər verir ki, ölümə səbəb kimi sərnişinin tromb problemi göstərilib. 

Bildirilib ki, Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan gedib. O, yerə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.

Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.