ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin bütün əsas mesajlarını yaxşı bilir, lakin onların hələ də danışıqlar aparmaq istəyi və siyasi iradəsi yoxdur

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Putinin jurnalist Taker Karlsonla müsahibəsinin Moskvanın nöqteyi-nəzərini Vaşinqtona çatdırmağa kömək edib-etməməsi ilə bağlı suala cavabında deyib: "ABŞ hakimiyyəti bizim mövqeyimizi yaxşı bilir, onlar Putinin bütün əsas mesajlarını yaxşı bilirlər. Biz hələlik belə bir istəyi və onun siyasi iradəsini qeydə almamışıq."

Ağarza Elçinoğlu