İranın Saucblag şəhərində əsgər bir polis əməkdaşını və bir vətəndaşı qətlə yetirib.

"Unikal" xəbər verir ki, bu barədə Əlborz Vilayəti Polis Komandanlığının İnformasiya İdarəsi bildirib.

2 nəfərin ölümünə səbəb olan hərbçi təqib və atışma zamanı avtomobilin aşması nəticəsində ölüb. 

Məlumata görə, naməlum səbəbdən Saucblaq şəhər yardım hissəsinin növbətçi əsgəri bu bölmənin şəxsi heyətindən birinə atəş açaraq onu qətlə yetirib. Bundan sonra o, başqa bir vətəndaşa atəş açaraq onu öldürüb və avtomobilini qaçırıb.

Əlborz Polis Komandanlığı hadisənin səbəbinin araşdırıldığını açıqlayıb. 

Ağarza Elçinoğlu