İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fevralın 10-da Livanın paytaxtında "Hizbullah" hərəkatının nümayəndəsi Seyid Həsən Nəsrullahla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Görüş zamanı Abdullahiyan və Nəsrullah regionda baş verən hadisələri, eyni zamanda Qəzza zolağındakı vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Ağarza Elçinoğlu