"Sənaye bazamızı daha sürətli bərpa etmək və genişləndirmək, Ukraynaya tədarüklərilə bərabər öz ehtiyatlarımızı artırmaq lazımdır".

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. 

O, Ukraynanı dəstəkləmək və Moskva ilə mümkün onilliklər ərzində qarşıdurmanın qarşısını almaq üçün Avropanı silah istehsalını artırmağa çağırıb: "Bu, sülh dövründə yavaş istehsaldan münaqişə şəraitində yüksək sürətli istehsala keçid deməkdir. Heç bir müttəfiqə qarşı birbaşa hərbi təhlükə yoxdur. Eyni zamanda, biz davamlı olaraq Kremldən NATO ölkələrinə qarşı təhdidlər eşidirik. NATO Rusiya ilə müharibə istəmir, lakin biz onilliklər ərzində potensial qarşıdurmaya hazır olmalıyıq. 

Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün daha da yayılmayacağına zəmanət yoxdur. Ona görə də hazırda Ukraynaya dəstək və NATO-nun öz potensialına sərmayələr bizim ən yaxşı müdafiəmizdir".

Ağarza Elçinoğlu