Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi qərarından sonra baş verən şiddətli qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 2 gündür davam edən qarşıdurmalarda 150-dən çox yerli sakin yaralanıb, eyni zamanda, çoxlu sayda polis əməkdaşı xəsarət alıb.

Artıq bölgədə komendant saatı tətbiq olunub.