Səudiyyə Ərəbistanı Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində mümkün hərbi əməliyyatlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda humanitar fəlakətin yaranmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasının vacibliyi vurğulanıb.