ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində göyərtəsində 6 nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən NBC televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində sağ qalan tapılmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.