İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS hərəkatının iki komandiri öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Ötən gün səhər saatlarında Rəfahda pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS liderlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan və HƏMAS qüvvələrinin Rəfah bölgəsində yüksək səviyyəli komandiri vəzifəsində çalışan Əhməd Eliakubi öldürülüb. Zərbə zamanı HƏMAS-ın yüksək rütbəli komandiri İman Rantisi də zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.