Fransa prezidenti Emmanuel Makron Ukraynaya fevralın 13 və 14-nə planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə “Challenges” məlumat yayıb.
“Fransa prezidenti planlaşdırıldığı kimi fevralın 13 və 14-də Ukraynaya səfər etməyəcək. Yelisey sarayı bu təxirə salınmanı təhlükəsizlik baxımından əsaslandırır”, - deyə nəşr qeyd edib.
Nəşrin yazdığına görə, Fransa prezidentinin bu qərarı ukraynalı diplomatlar üçün gözlənilməz olub.