Dağıstanın Kazbekovski rayonunun Dılım kəndindəki kafedə 40-dan çox adam zəhərlənib.

"Unikal" xəbər verir ki, bu barədə rayon administrasiyasının teleqram kanalında məlumat verilib.

Ehtimal olunur ki, buna səbəb çiy yumurta və aşağı keyfiyyətli günəbaxan yağı ilə evdə hazırlanmış burger və pizzalar olub. 

41 xəstədən 29-u uşaqdır.

Rəsmi şəxslər isə zəhərlənmə faktorunda əraziyə güclü qar yağması və qarın sürətlə əriməsi ilə əlaqədar “su amili”nin təsirini də nəzərdən keçirir.

Hazırda Mahaçqalada analiz üçün su nümunələri götürülüb.