Fevralın 10-da ABŞ ordusu Yəmənə yeni zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə bazar günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, "Ənsar Allah" hərəkatının husi üsyançılarına məxsus iki yerüstü pilotsuz uçan aparatı və üç qanadlı raketi hədəfə alınıb.

“Fevralın 10-da Səna vaxtı ilə saat 16:00-dan 17:00-a qədər CENTCOM qüvvələri özünümüdafiə məqsədi ilə Yəmənin Hudeyda şəhərinin şimalında yerləşən və Qırmızı dənizdəki gəmilərə doğru atılmağa hazırlanan iki yerüstü pilotsuz uçuş aparatı və üç mobil gəmi əleyhinə qanadlı raketi uğurla vurub" - komandanlığın X-də paylaşdığı məlumatda deyilir.