Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Kim Derrok ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Co Baydeni müqayisə edərək, birincinin daha inamlı göründüyü qənaətinə gəlib.

"Unikal" xəbər verir ki, keçmiş diplomat bu fikri "Sky News" kanalı ilə bölüşüb.

Derroka görə, həm Tramp, həm də Bayden təbii olaraq yaddaş problemləri olan yaşlı insanlardır. Bununla belə, eks-səfir hesab edir ki, demokrat namizədin səhhətinə yaş daha çox təsir edib.

“Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Onun büdrədiyini və ya Baydenin bəzən göründüyü kimi yaşlı və zəif göründüyünü təsəvvür belə edə bilməzsiniz", - deyə Derrok bildirib.