İran və Rusiya uzunmüddətli taxıl alışına dair anlaşma memorandumu imzalayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Parstoday xəbər verir.

Qeyd olunur ki, İran və Rusiya arasında kənd təsərrüfatı və qida sənayesi sahəsində ticarət əlaqələrini inkişaf etdirmək məqsədi ilə İranın müxtəlif dövlət və özəl müəssisələrini təmsil edən biznes nümayəndə heyəti, kənd təsərrüfatı nazirinin ticarət üzrə müavini Müctəba Nuruzinin başçılığı ilə Moskvaya səfər edib. .

Tərəflər, həmçinin ənənəvi tədarükçülərdən asılılığın azaldılması və əsas malların idxal mənbələrinin şaxələndirilməsi məqsədi ilə regionda mövcud olan resurslar əsasında heyvandarlıq və quş yemi istehsalı sahəsində logistika problemlərinin və texniki biliklərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.