Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə Kemp-Devid razılaşmasını poza bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" Misir rəsmilərinə istinadən məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra Kemp Devid razılaşmasını dayandırmaq təhlükəsi yaranıb", - deyə məlumatda qeyd olunub.