Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, 14-də isə Misirə səfər edəcək.

"Unikal" xəbər verir ki, dəvətlərə cavab olaraq 12-13 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə, 14 fevral 2024-cü il tarixində isə Misir Ərəb Respublikasına rəsmi səfərlər edəcək.

Fevralın 13-də Dubayda “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusu altında keçiriləcək Dünya Hökuməti Sammitində fəxri qonaq qismində iştirak edəcək.