Hollandiyanın keçmiş baş naziri Dris van Aqt və həyat yoldaşı Eugenie evtanaziya edib.
"Unikal"
xəbər verir ki, onların hər ikisinin 93 yaşı var idi.

Siyasətçinin təsis etdiyi hüquq müdafiə təşkilatı The Rights Forum cütlüyün bazar ertəsi dünyasını dəyişdiyini və cütlüyün şərqdəki Nijmegen şəhərində dəfn ediləcəyini bildirib.

2019-cu ildə van Aqt insult keçirdi və sağala bilməyib. Onlar 70 ildən çox bir yerdə yaşayıblar və birlikdə ayrılmağa qərar veriblər.

Hollandiyada evtanaziya 2002-ci ildən qanunidir