Polşalı fermerlər Ukrayna ilə sərhəddə yerləşən Doroxusk yaşayış məntəqəsində Ukraynanın yük maşınlarına hücum edərək, içindəki taxılı yerə töküblər.

"Unikal" xəbər verir ki, bu barədə sağçı siyasətçi və etirazların təşkilatçılarından biri Rafal Mekler məlumat verib.

“Doroxuskda fermerlər yük maşınlarının içindəki taxılı yerə töküblər, yük maşınları Ukraynaya qayıdır”, deyə o, “X” hesabında yazıb.

Qeyd edək ki, 6 noyabr 2023-cü ildə Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayaraq etiraz aksiyasına başlayıblar.