ABŞ-nin Kanzas ştatında dəhşətli hadisə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı Maria Tomas adlı qadın bir aylıq körpəsini yatızdırmaq məqsədi ilə sobaya qoyub.  

Hadisə nəticəsində körpə yanaraq həyatını itirib.  Ana bunu "səhvən" etdiyini bildirsə də,  polislər qadını saxlayıb. Hüquq-mühafizə orqanları ölü tapdıqları körpənin üzərində yanıqların olduğunu və paltarının yandığını görüblər.

Ailədən verilən məlumata görə, Tomasın psixi sağlamlığı yerində olmadığı bildirilib.

Gülayə Mecid