Türkiyənin Balıkesir şəhərinin Edremit rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.