Hindistanda polis toy gecəsi günü gəlindən qaçan bəyi başqa şəhərdə saxlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Bihar vilayətində baş verib. Aditya Şahi adlı bəy toy kortejində iştirak edib, lakin gəlini ilə evə qayıtmaq vaxtı çatanda qəfil yoxa çıxıb. Yaxınları onu tapa bilməyib və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Polis Şahini mobil telefonunu söndüyünə görə tapa bilməyib.  İki gündən sonra onun yerini təyin edə bilib. Saxlandıqdan sonra həmin şəxs evdən gizlicə çıxdığını, bankomatdan 50 min rupi çıxararaq avtobusa minərək Patna şəhərinə getdiyini etiraf edib. O, bu pulla bir neçə şəhəri gəzmək istədiyini bildirib.