İndoneziyada çərşənbə günü keçiriləcək yerli seçkilərdə bir çox namizəd minlərlə dollarlıq seçki xərclərini qarşılamaq üçün müxtəlif üsullara müraciət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki aydır davam edən seçki kampaniyasının xərcləri həmişəkindən qat-qat çox olub və bu, namizədlərin kampaniyalarını çətinləşdirib. Minlərlə namizəddən biri olan Şərqi Yava namizədi Erfin, xərcləri 20 min dollara çatan kampaniyasını davam etdirməyin yeganə yolunun böyrəyini satmaq olduğunu söyləyib. 

Siyasi partiyalar namizədləri qismən dəstəkləsələr də, siyasətçilər öz kampaniyaları üçün lazım olan pulun böyük hissəsini tapmalıdırlar. Səs satın almaq cinayət olsa da, Erfinə görə, namizədlərin qalib gəlmək üçün seçicilərin bir qisminə pul verməsi lazımdır. 

Buna görə də namizəd öz böyrəyini sataraq seçiciləribə pul paylayıb. 

Gülayə Mecid