Tayvanda kişi spirtli içki qəbul etdikdən sonra bir gözündən olub. 

“Unikal” xəbər verir ki, Puzi şəhər sakini 44 yaşlı şəxs sol gözündə üç gün davam edən korluq və ağrılardan sonra təcili yardıma müraciət edib. Müalicə üçün xəstəxanaya gedən kişinin sol gözünün işığa reaksiya vermədiyi və yerindən tərpənmədiyi müəyyən edilib.

Belə ki, buna səbəb sərxoş kişinin yuxu dərmanı qəbul edib yatması olub.

Həkimlər müəyyən ediblər ki, bu zaman kişinin gözündə təzyiq yaranıb. Və bu gözün şəffaf səthindən bir qədər aşağıda yerləşən subkonyunktiv qan damarları partlamasına səbəb olub.

Zərifə Nağıyeva