Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) "Fərat Qalxan"ı bölgəsində hücuma hazırlaşan 4 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə nazirlik sosial media hesabında paylaşım edib.
"Suriyanın şimalında qan tökməkdən, bölgə xalqının sülh və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir. Bizim Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxan"ı bölgəsində hücuma hazırlaşan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Gülayə Mecid