Gürcüstanın yeni müdafiə naziri İrakli Çikovani respublikanın baş nazirinin müavini təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb. 

"Prinsipcə, baş nazirin birinci müavininin səlahiyyətlərinin iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə həvalə ediləcəyi artıq məlumdur. Gürcüstanın mədəniyyət və idman naziri Tea Tsulukianiyə Gürcüstanın baş nazirinin müavini vəzifəsi həvalə olunacaq. Həmçinin baş nazirin müavininin səlahiyyətləri müdafiə naziri İrakli Çikovaniyə də həvalə olunacaq", - deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, Mixail Peikrişvili hökumət administrasiyasının strateji kommunikasiyalar şöbəsinə rəhbərlik edəcək. O, Nino Giorgobianini əvəz edəcək.

Ağarza Elçinoğlu