Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.

“Unikal” xəbər verir ki, bu barədə BƏƏ-nin WAM agentliyi açıqlama yayıb.

Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək. Açıqlamada qeyd olunub ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin tullantıları sıfıra yaxındır.

Bildirilib ki, bu taksilərin maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometrdir.

Zərifə Nağıyeva