Moskva internat məktəbində 50-yə yaxın uşaq qidadan zəhərlənib 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

 İlkin məlumata görə, 50-yə yaxın azyaşlı xəstəxanaya yerləşdirilib və onların sayı artmaqda davam edir. Xəstəxanaya yerləşdirilənlərə ilkin diaqnoz bağırsaq infeksiyasıdır. Bildirilir ki, uşaqlar internatda hazırlanan məktəb yeməklərindən zəhərləniblər.

"Hər kəsin ürəkbulanma, qusma, qızdırma və bağırsaq pozğunluğu kimi şikayətləri var. Yeməkxanadan məhsullar ekspertiza üçün götürülüb, müstəntiqlər tədarüklərə cavabdehləri axtarırlar. Faktla bağlı cinayət işi açılıb", - KİV qeyd edib.