Ötən il dünyada müharibə və münaqişələrə 17 trilyon dollar xərclənib. Bu vəsaitlər, müvafiq olaraq, rifahın yaxşılaşdırılması və xilasetmə, xüsusən də səhiyyə, təhsil və tikinti kimi sahələr üzrə layihələr ayrılıb.

“Unikal” xəbər verir ki, bunu  Dubayda keçirilən  Ümumdünya Hökumət Forumunun (WGS) açılışında BƏƏ-nin Nazirlər Kabineti və Gələcək naziri Məhəmməd Abdulla əl-Qerqavi deyib.

Eyni zamanda bildirib ki, keçən il on yeddi trilyon dollar tikinti, təhsil və səhiyyə kimi təcili ehtiyaclara xərclənmək əvəzinə müharibələr və münaqişələrə yönəldilib. Onun sözlərinə görə, bu məbləğin təxminən altı faizi bir il ərzində bəşəriyyətin üzləşdiyi ən mühüm problemlərin xərclərini ödəyə bilər.

O, həmçinin, bu vəsaitlərin aclığı və savadsızlığı aradan qaldıra, xərçənglə mübarizəyə dəstək verə, bəşəriyyəti təmiz su ilə təmin edə biləcəyini qeyd edib.

Zərifə Nağıyeva