Fevralın 12-13-də Erməistanın xarici işlər naziri Ararat Mirzoyan Tərəfdaşlıq Şurasının 5-ci sessiyasında iştirak etmək üçün Brüsseldə işgüzar səfərdə olacaq.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Mirzoyan Belçikanın xarici işlər naziri və digər yüksək vəzifəli rəsmilərlə də görüşəcək.

Fevralın 13-də Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 5-ci sessiyası Mirzoyan və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Avropa İttifaqı üzrə Ali Nümayəndəsi Josep Borelin iştirakı ilə keçiriləcək.

İclasda digər məsələlərlə yanaşı Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və regional problemlər də müzakirə olunacaq.

Ağarza Elçinoğlu