İstanbulun İstiqlal prospektində baş vermiş terror aktı ilə bağlı Suriya əsilli Əhlam Əlbəşirin məhkəmə prosesi yekunlaşıb.

"Unikal" Türkiyə nətbuatına istinadən xəbər verir ki, prokuror 6 nəfərin ölümünə, 99 nəfərin yaralanmasına səbəb olan Əhlam Əlbəşir və 35 müttəhim haqqında tələbini açıqlayıb.

Təqsirləndirilən Əlbəşir “Dövlətin və ərazi bütövlüyünün vəhdətini pozma, silahlı terror təşkilatı yaratma və ya idarə etmə, silahlı terror təşkilatına üzv olma, qəsdən partlayış törədərək adam öldürmə” maddələri ilə ittiham edilib. Qadın 3009 ilə qədər və ya ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə zamanı Əlbəşir müdafiə çıxışı zamanı "Ölən insanlara görə gecələr yata bilmirəm. Sən məni ölümə məhkum et, etiraz etməyəcəyəm", - deyib. 

Xatırladaq ki, 13 noyabr 2022-ci il bazar günü PKK/YPG-nin verdiyi təlimatla Beyoğlunun İstiqlal küçəsində qoyduğu bombanın partlaması nəticəsində 6 nəfər həlak olmuş, 99 nəfər yaralanmışdır.

Gülayə Mecid