Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Nizamnaməsinə qoşulmasına göz yuma bilməz.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomat qeyd edib ki, bu məsələ ilə bağlı ikitərəfli danışıqlar qarşıdadır: "Ermənistanın bu beynəlxalq xartiyaya qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələni hələ də ikitərəfli dialoq çərçivəsində həll etmək lazımdır. Biz bunu etməkdə qərarlıyıq".
Xatırladaq ki, Ermənistan 2024-cü il fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olub.
Ağarza Elçinoğlu