Dünya şöhrətli iş adamı Riçard Bransonun başına iş gəlib.

“Unikal” xəbər verir ki, "Virgin"in qurucusu, dünyanın ən zəngin iş adamlarından biri olan Riçard velosiped turu zamanı ağır qəza keçirib. 

Qan içində çəkdirdiyi fotolarını paylaşan Branson yolda çuxura girdiyini və velosipedi ilə havaya uçaraq ağır yaralandığını izləyiciləri ilə bölüşüb. Milyarder iş adamı bədənində qanaxma və cızıqlar olduğunu bildirərkən, heç bir sınıq və qırığının olmadığını qeyd edib. 73 yaşlı britaniyalı iş adamı dəbilqə taxdığı üçün qəzadan minimal xəsarətlərlə qurtulub. 

Zərifə Nağıyeva