Yunanıstanın paytaxtı Afinada gəmiçilik şirkətində çalışan işçi dəhşətli qətl törədib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda işdən çıxarılan şəxs ofisə gedərək həmkarlarına atəş açıb. Hücum nəticəsində biri qadın olmaqla 3 nəfər ölüb. Daha sonra kişi intihar edib.
Məlumata görə, cinayəti törədən 70 yaşlı misirli sözügedən şirkətdə uzun müddətdir ki, çalışırmış.