"Koronavirusun dərsləri unudula bilər, çünki dünyanın diqqəti digər böhranlara yönəlib və bəşəriyyət yeni pandemiyaya hazır deyil".
"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus deyib.
"COVID-19 pandemiyasından öyrəndiyimiz ağrılı dərslər unudulmaq təhlükəsi ilə üz-üzədir, çünki diqqət dünyamızın üzləşdiyi bir çox digər böhranlara yönəldilmişdir", - ÜST rəhbəri bildirib.
Qebreyesusun fikrincə, dünya öz dərsini almasa, növbəti dəfə “ağır bədəl ödəyəcək”. O vurğulayıb ki, məsələ yeni pandemiyanın başlanıb-başlanmayacağı deyil, nə vaxt baş verəcəyidir. ÜST rəhbəri qeyd edib ki, yeni pandemiyanın səbəbi qrip virusu, yeni koronavirus və ya yeni patogen ola bilər.
ÜST rəhbəri ölkələri epidemiyalara hazırlıqla bağlı beynəlxalq sazişin hazırlanması üzrə məsləhətləşmələr zamanı ortaya çıxan fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.